Belediyye.infonun suallarını Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov cavablandırır. Bələdiyyə sədrinin qısa və lakonik cavablarını oxucuların diqqətinə çatdırırıq:
-Müasir infotmasiya texnologiyalarının tətbiqi, xüsusən də BAMS-ın tətbiqi bələdiyyənizə nə verir?
-Bərdə bələdiyyəsində BAMS-ın tətbiqi vətəndaşlara (sakinlərə) verilən bildirişlərin operativ hazırlanmasında, vergi ödəyiciləri barədə daha dolğun məlumatın işdə məsuliyyətin artırılmasında, vergilərin toplanmasında və s. böyük rolu vardır.
Bərdə bələdiyyəsi olaraq, BAMS proqramının daha mükəmməl öyrənilməsini və tətbiqini, gələcək üçün bizə və sakinlərə yararlı və lazım olduğunu dərk edərək bu proqramlarla ciddi şəkildə işləməyi özümüzə borc bilir.
-Fikrinizcə, vətəndaş-bələdiyyə münasibətlərində bələdiyyə birinci hansı addımı atmalıdır?
-Bələdiyyə vətəndaşın problemlərindən qaçmamalı, əksinə bu problemlərin üzərinə getməli, səyyar qəbulları tez-tez keçirməli, vətəndaşın müraciət və şikayətlərini yerində araşdırmalı və Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq hərəkət etməlidir
- Bələdiyyədə əməkhaqqını səviyyəsi barədə nə demək olar?
- əmək haqqlarının səviyyəsi hazırkı vəziyyətdə zəifdir. Minimum əmək haqqı-130 manat.
Maksimum əmək haqqı-400 manat.
- Bəs əməkhaqqlarının ödənişində hər hansı problem yaranmır ki?
-əmək haqqının vaxtında ödənilməsi verginin yığılmasından asılıdr. 2015-2016-cı illərdə əmək haqqının verilməsində problemlər olmamışdır.
- Yerli vergilərin yığmında əhalinin aktivliyi barəsində nə deyə bilərsiniz?
- əhalinin vergi yığımındakı aktivliyi ancaq və ancaq bələdiyyənin yerlərdə gördüyü işlərdən, qəbula gələn vətəndaşların (sakinlərin) etik davranış qaydalarına uyğun qarşılanması və dinlənilməsindən, onların müraciətlərinə və şikayətlərinə baxılmasından və s. asılıdır.
- əhali maarifləndirməsinə ehtiyac duyursunuzmu?
- əlbəttə ki, əhalinin maarifləndirilməsinə həmişə ehtiyac var. Bu istiqamətdə bələdiyyənin öz vergi müfəttişləri əhali arasında, təhkim olunduğu ərazidə əhali maarifləndirilməsi ilə məşğul olurlar. Ancaq hesab edirəm ki, KiV-nin, Mətbuat, Televiziya və Radio Qovşaqlarının əhalinin maarifləndirilməsi istiqamətində gördüyü işlər, bu barədə işıqlandırdığı mövzular bələdiyyənin işinə, vergi yığımına öz müsbət təsirini göstərir. əsasən də Televiziya Xəbər Portallarının bələdiyyə vergiləri və bələdiyyə haqqında görəcəyi əhalinin maarifləndirmə işləri ümdə məsələdir.
Belediyye.info